Saatlı rayonunda qəzada iki nəfər xəsarət alıb. Bu haqda noyabrın 29-da Report məlumat yayıb.
Hadisə səhər saatlarında rayonun Qazanbatan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2106” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə Saatlı rayon sakinləri, 1995-ci il il təvəllüdlü Muradov Tural İlham oğlu və 1982-ci il təvəllüdlü İsmayılov Sadiq Tahir oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
T.Muradovun vəziyyətinin ağırlığı nəzərə alınaraq, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.