Saatlıda qum yatağında 551,8 min manatlıq ziyan vurulub. Bu barədə 21 dekabr tarixində Report məlumat verir.
Hadisə rayon ərazisində yerləşən "Hacıqasımlı" (Kamallı-III) qum yatağında baş verib. Qeyd olunan qum yatağında qanunsuz hasilat aparılması barədə müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində Bakı şəhər sakini olan fərdi sahibkar Rasif Məmmədova məxsus karxana tərəfindən müvafiq qaydada ayrılmış istismar sahəsindən kənarda 2,19 ha ərazidə qum hasilatı aparılması nəticəsində ümumilikdə 551.800 manat məbləğində ziyan vurulduğu müəyyən edilib.
İş üzrə ibtidai istintaq davam etdirilir.