Sabah, martın 26-da Bakıda Hindistan məhsullarının ən böyük ticarət sərgisi olan “Best of India”nın açılışı olacaq. Bu haqda Trend məlumat verib.
Tədbir 3 aprel tarixinə qədər saat 11:00-dan 19:00-dək Bakı İdman Sarayında keçiriləcək. Sərgiyə giriş ödənişsizdir.
Bu sərgidə düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi məhsulları nümayiş etdirəcək Hindistanın 60-a yaxın şirkəti iştirak edəcək.
Tədbirin davam edəcəyi doqquz gün ərzində böyük LED ekranda Hindistanın müxtəlif əyalətlərindəki turizm, mədəniyyət və investisiya imkanları barədə Azərbaycan dilində subtitrlərlə videolar nümayiş olunacaq.
2021-ci ildə Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi ötən ilə nisbətən 27% artaraq 739,10 milyon dollar təşkil edib.