Füzuli rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə noyabrın 16-da "Azəriqaz" İB məlumat yayıb.
Sabah saat 08:00-dan etibarən “Füzuli Diaqnostika”, “Füzuli-Horadiz” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması nəzərdə tutulur.
Səbəb yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı aparılacaq təmir işləridir. Nəticədə rayonun Horadiz şəhərində, 22 kənd və 17 qəsəbəsində qaz olmayacaq.