Bakıda və Abşeron yarımadasında noyabrın 16-da gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 12-14° isti olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9°, gündüz 10-15°, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.