Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə 7 yanvar tarixində APA Milli Hidrometereologiya Xidmətinə istinadən məlumat verib.
Havanın temperaturu Bakıda gecə və gündüz 0°-yə yaxın olacaq.
Ölkənin rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Yollar buz bağlayacaq.