Sabirabad rayonunun Çığırğan kəndinin daxili yolları bərbad vəziyyətə düşüb. Bu barədə 13 dekabr tarixində Report məlumat verib.
Sakinlərin sözlərinə görə, kəndin daxili yolları heç vaxt əsaslı təmir olunmayıb.
Sakinlər deyirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onlara indiyədək cavab verən olmayıb: "Bir qədər yağış yağan kimi yollar keçilməz olur. Uşaqlar ya məktəbə gedə bilmir, ya da bir neçə ayaqqabı dəyişməli olurlar. Yolların bu vəziyyətdə olması səbəbindən kəndə nə təcili yardım maşını gəlir, nə də taksi".
Problemlə bağlı kənd bələdiyyəsindən bildirilib ki, Çığırğan kəndinin daxili yollarına 2014-cü ildə çınqıl qatı döşənib: "Lakin həmin vaxtdan xeyli müddət keçdikdən sonra yenidən daxili yollarda bir sıra problemlər ortaya çıxıb. Mövcud vəziyyət barədə Sabirabad Rayon İcra Hakimiyyətinə məlumat verilib. Vəsait ayrılan kimi yolda təmir-bərpa işləri həyata keçiriləcək".
[caption id="attachment_97733" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]