Sabirabad rayonunun Kovlar kəndində yerləşən məktəbin şagirdləri təhsil ocağında istiliyin olmamasından şikayətlənirlər.
Sosial şəbəkələrdə sözügedən məktəbin şagirdlərinin vərəqlərin üzərində “1 dekabr. Soyuqdan donuruq!” yazılarının əks olunduğu fotoşəkil yayılıb.
Məsələ ilə bağlı Mil-Muğan Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, hazırda məktəbdə təmir-bərpa işləri aparılır və günün sonuna qədər problem aradan qaldırılacaq.
Qeyd edək ki, məktəb dizel qazanı ilə qızdırılır, onun işə salınmasında problemlər yaranıb.