Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 27 dekabr tarixində məlumat verir.
Rayonun Qalağayın kəndində kənd sakini, 28 yaşlı Fərqanə Rüstəmova bədənin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, aralarında yaranmış mübahisə zamanı F.Rüstəmova əri tərəfindən bıçaqlanaraq xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.