Sabirabad rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Bu barədə Report 10 yanvar tarixində xəbər verib.
Rayonun Qalağayın kəndi ərazisində iki avtomobilin toqquşması nəticəsində Saatlı rayon sakinləri, 39 yaşlı Pərvin Məmmədov və 37 yaşlı Ülkər Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.