Sabirabad Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Məntəqəsində saxlanılan şəxs intihar edib. Bu barədə 3 yanvar tarixində Report məlumat verib.
Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə “xırda talama” maddəsi ilə təqsirli bilinərək 2 aylıq həbs cəzası alıb.
O, özünü şalvarının lifindən hazırladığı iplə boğub.
Müayinə zamanı meyitin üzərində digər xəsarət aşkar edilməyib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.