Sabirabad rayonunun Qaraağac kəndində şəhidlərin xatirəsinə həsr olunmuş abidənin açılış mərasimi keçirilib. Bu barədə noyabrın 15-də Report xəbər verib.
Abidə kənd tam orta məktəbinin həyətində inşa olunub. Tədbirdə rayon rəsmiləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ümumtəhsil məktəbin şagird və müəllimləri iştirak ediblər.
Mərasimdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar oxunub və kompozisiyalar səhnələşdirilib.