Sabirabadda sürücü avtomobili təmir edərkən başına dəmir parçası dəyib. Bu barədə 14 dekabr tarixində Report məlumat verib.
Rayonun Qalağayın kəndi ərazisində Sabirabadın Nərimankənd kənd sakini, 38 yaşlı Elvin Həsənov idarə etdiyi avtomobilin təkərini təmir edərkən, təkərdən çıxan dəmir parçası başına zərblə çarpılıb. Başının sağ hissəsi parçalanmış yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilk tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki nevroloji xəstəxanaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.