Sabirabad rayonunun Surra kəndində yük avtomobili yanıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 3 dekabr tarixində xəbər verir.
Hadisə yerinə yanğından mühafizə hissəsinin qüvvələri cəlb olunub.
“FORD” markalı yük avtomobilinin arxa təkərlərində baş vermiş alışma qısa müddətdə söndürülüb və yanğının avtomobilin digər hissələrinə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində avtomobilin 4 ədəd arxa təkəri yanıb.