Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 23 noyabr tarixində Report xəbər verir.
Hadisə şəhərin Muğan prospektində qeydə alınıb. Qəzada “QAZ-3110”, “İsuzu” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə Qalağayın kənd sakinləri, 33 yaşlı Allahverdiyev Cavid Cabir oğlu, 22 yaşlı Əliyev İsmayıl Teymur oğlu və 33 yaşlı Məmmədov Mirsahib Mirnəsihət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Zərərçəkənlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Qəzanın başvermə səbəbləri araşdırılır.