Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 39 nəfər saxlanılıb. Bu barədə 10 noyabr tarixində İnsanoid Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Oktyabr ayında Sabunçu rayonunun polis əməkdaşları Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən 39 nəfəri zərərsizləşdirib.
Saxlanılanların bir neçəsinin əvvəllər də eyni cinayətlər etdikləri üçün məhkum olunduqları müəyyən edilib.
Həmin şəxslərin üzərində və yaşadıqları evlərdə 2 kiloqramdan artıq müxtəlif növ narkotik maddələr aşkar edilib.
Onlardan bəzilərinin Sabunçu rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib.