Yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğının təfərrüatı məlum olub. Bu barədə 9 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Yanğın nəticəsində ümumi sahəsi təxminən 10 hektar olan “Sədərək” Ticarət Mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1 700 kvadratmetr olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800 kvadratmetr sahədə yanıb.
Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.
Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.