“İsrail Azərbaycana işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər”in yaradılması sahəsində əməkdaşlıq təklif edib”. Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
Bu barədə 4 yanvar tarixində Report xəbər verib.
Onun sözlərinə görə, İsrail əvvəllər də öz şirkətlərinin Qarabağda infrastrukturun bərpası prosesində iştirak etməyə hazır olduğunu açıqlayıb və indi də bunu edir.
“Bir İsrail şirkəti Zəngilan rayonunun Ağalı kəndində süd ferması tikib. Biz həmçinin “ağıllı şəhərlər” sahəsində əməkdaşlıq üçün bəzi imkanlar təqdim etmişik və cavab gözləyirik”, - səfir bildirib.