Tərtər, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Samux, Şəki, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Balakən və Zərdab rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil və fərdi yaşayış evi təqdim olunub. Bu barədə 30 dekabr tarixində Report məlumat verib.
Tərtər rayonunda fərdi evlərin təqdim olunması mərasimi keçirilib.
Məlumata əsasən, Tərtərdə Qarabağ müharibəsi zamanı sağlamlığını itirən 5 nəfər müharibə əlilinə fərdi yaşayış evinin orderləri təqdim edilib.
Təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 500, ümumilikdə ötən dövrdə isə 13 300 mənzil və fərdi ev verilib.