Şahmat üzrə Dünya Kuboku 2023-cü ildə paytaxt Bakıda keçiriləcək. Bu barədə 14 dekabr tarixində Report məlumat verib.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qəbul etdiyi qərara əsasən, İyulun 29-da başlayacaq turnir avqustun 26-dək davam edəcək.
Bu, Azərbaycanda keçiriləcək ikinci Dünya Kuboku olacaq. Bakı ilk dəfə 2015-ci ildə mötəbər turnirə ev sahibliyi edib.