Şəkidə ağac emalı sexində qanunsuzluq aşkarlanıb. Bu barədə dekabrın 2-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Şəki rayonunun Qoxmuq kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayon sakini Ramin Musayevə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş işlik meşə materialı müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.