Şəki şəhərində yanğın baş verib. Bu haqda 2 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Bir dam altında tikilən iki ailənin yaşadığı evlər: ümumi sahəsi 290 kv.m olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə və 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 22 m² sahədə, ümumi sahəsi 336 m² (hər mərtəbəsi 168 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.