Şəki rayonunda piyadanı maşın vuraraq öldürüb. Bu barədə 18 dekabr tarixində APA məlumat verib.
Hadisə axşam saatlarında rayonun Aşağı Göynük kəndi ərazisində baş verib.
Piyada, rayonun Aşağı Göynük kənd sakini, 1980-ci il təvəllüdlü Rasim Şəhmərdan oğlu Əlimərdanov “VAZ 21011” markalı minik avtomobili tərəfindən vurulub. Piyada xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.