Şəki rayonunda yol kənarında meyit tapılıb. Bu barədə 22 dekabr tarixində APA məlumat verib.
Belə ki, bu gün səhər saatlarında rayonun Qoxmuq kəndində yol kənarında üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkar edilib. Meyiti tapılan şəxs 64 yaşlı Qoxmuq kənd sakini Ürfət Qasımovdur.
Ölümün dəqiq səbəbini müəyyən etmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.