Xalq rəssamı Salxab İsa oğlu Məmmədov “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif edilib. Bununla bağlı 3 yanvar tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Salxab Məmmədov 1943-cü il yanvarın 4-də Şəki şəhərində anadan olub.