Salyanda avtomobildən yıxılan qadının başı dəmir-betona çarpılıb və o, hadisə yerində ölüb. Bu barədə 2 iyul tarixində Report məlumat verib.
Hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Plastmass yaşayış massivinin sakini, 1959-cu il təvəllüdlü Bağırova Fatma Qəhrəman qızı sərnişini olduğu mikroavtobusla gələrkən qəfil astması tutub. Sürücü qadının nəfəs alması üçün qapını açıb, bu zaman qadın çantasından astma xəstəliyinə qarşı dərman çıxarmaq istəyərkən avtomobildən yerə yıxılıb və yuvarlanaraq başı dəmir-betona çarpılıb.
Hadisə nəticəsində F.Bağırova dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.