Salyanda fermadan 73 baş xırdabuynuzlu heyvan oğurlanıb. Bu barədə 22 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Salyan Rayon Polis Şöbəsinə noyabrın 19-da Peyk kəndi ərazisində kənd sakini A.Cəbrayılovun çoban işlədiyi fermadan 73 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Birinci Varlı kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Famil Rzayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.