Qarlı, şaxtalı hava Şəmkir-Gədəbəy yolunda hərəkəti çətinləşdirib.
APA-dan verilən məlumata görə, Yasamal aşırımı hissəsindən keçən ərazidə buzlaşma müşahidə olunur.
Gecə saatlarından etibarən yolları qardan və buzdan təmizləmək üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin yerli qurumları tərəfindən tədbirlər görülür. Yollara duz qarışıq qum səpilir.
Yol polisləri sürücüləri diqqətli olmağa çağırıblar.