Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində avtomobil qəzası olub. Bu barədə Report 12 dekabr tarixində məlumat verib.
İki minik avtomobilinin toqquşması nəticəsində 26 yaşlı S.Cəfərova və daha 3 nəfər xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.