Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Bu barədə noyabrın 22-də APA xəbər yayıb.
Hadisə rayonun Könüllü kəndində qeydə alınıb. 1989-cu il təvəllüdlü Pərviz İsayev bıçaqlanma diaqnozu ilə Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib.
Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 33 yaşlı kişi həmkəndlisi Azər Əliyevlə mübahisə edən zaman sonuncunun qardaşı Bəxtiyar Əliyev özünəməxsus bıçaqla ona bir neçə zərbə vurub. P. İsayev isə A. Əliyevin qarın və bel nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub.
Faktla bağlı araşdırma aparılır.