Samux rayonunda yaşayan şəhid valideynləri Şuşaya səfər ediblər. Bu haqda dekabrın 9-da Report xəbər yayıb.
Onlar Şuşa şəhərində dini və tarixi abidələri ziyarət edib, yenidənqurma işləri ilə tanış olublar.
Qəhrəman şəhidlərin ailələri onlara göstərilən diqqət və qayğıya görə, həmçinin bu səfəri təşkil etdikləri üçün ölkə başçısına və bütün aidiyyəti şəxslərə təşəkkürlərini bildiriblər.