Azərbaycan sərhədini oğurluq məqsədi ilə pozan Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 19 dekabr tarixində xəbər verir.
Gürcüstan-Azərbaycan sərhədində, Ceyrançöl adlanan ərazidə çobanlıqla məşğul olan 53 yaşlı Alı İsmayılov bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxslərin Gürcüstan vətəndaşları olduqları bildirilir. Onlar sərhədi qanunsuz keçərək mal-qara oğurlamaq məqsədi ilə Ceyrançöl ərazisinə gəliblər.
Faktla bağlı araşdırma aparılır.