Naxçıvanda qumar oynayan şəxslər müəyyən edilərək saxlanılıblar. Bu barədə 5 yanvar tarixində APA məlumat verib.
Şərur rayonu ərazisində qumar oynamaqda şübhəli bilinən Vüqar Ağayev, Vaqif Əhmədov, Nizami Ağayev və Salam Seyidov saxlanılıblar.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.