Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər Azərbaycandan 20 minə qədər insanı işlə təmin etməyə hazırdır. Bu barədə 19 dekabr tarixində Report məlumat verib.
Bu, Bakıda keçirilən Biznes Forum çərçivəsində Səudiyyə Ərəbistanının “ARCO for human resources” şirkəti ilə Azərbaycan Məşğulluq Agentliyi (HR Cell) arasında imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulub.
Məqsəd məişət və biznes sahələrinə Azərbaycandan işçi qüvvəsini cəlb etməkdir. 24 aylıq əmək müqaviləsi əsasında həyata keçiriləcək bu işlər üçün aylıq əməkhaqqı rekruitinq haqqına (500 dollar) əlavə 850 dollardan başlayır.
“Səudiyyə Ərəbistanının əmək bazarını böyütmək və bazarın yüksək tələbatını “Krallığın 2030-cu il baxışı” proqramının icra tələblərinə uyğun olaraq ödəmək üçün yerli məişət və biznes sahələrinə ixtisaslı insan resursları cəlb olunacaq”, - memorandumda qeyd olunub.