Bu gün Zəngilan Beynəlxalq Hava Limanına növbəti beynəlxalq uçuş Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyaddan gerçəkləşəcək. Bu barədə APA 17 dekabr tarixində xəbər verib.
Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh Zəngilana səfəri çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifovla görüşəcək.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq imkanlarının və investisiya imkanlarının müzakirə ediləcəyi gözlənilir.
Bundan əvvəl Zəngilan Hava Limanına ilk beynəlxalq uçuşu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan reallaşdırmışdı.