Masazırda 13-cü mərtəbədən yıxılan gənc barədə təfərrüatlar məlum olub. Bu barədə BakuPlus.az 30 dekabr tarixində məlumat verib.
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qəsr” yaşayış kompleksində 24 yaşlı gənc sevgilisinin mənzilinə gəlib. Onlar görüşən zaman qadının həyat yoldaşı dəfələrlə ona zəng edib. Cavab almadığı üçün o, zəng edərək öz qardaşını həmin ünvana göndərib.
Qaynının evə gəldiyi vaxt qadın oğlanı mənzilini tərk etməyə tələsdirib. Çarəsiz vəziyyətdə qalan oğlan eyvana lüt şəkildə çıxaraq, özünü 13-cü mərtəbədən atıb.
Hadisə yerində mərhumun paltarları da tapılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
[caption id="attachment_99824" align="alignnone" width="640"]
Foto İctimai TV-nin rəsmi Youtube Kanalı[/caption]