Şirvan şəhərində intihar hadisəsi qeydə alınıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Hadisə noyabrın 29-u saat 23:30 radələrində Naxçıvan küçəsində yerləşən evlərin birində qeydə alınıb.
32 yaşlı Babək Cəfərov yaşadığı evin həyətyanı sahəsindəki anbarın tavanından özünü asıb.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.