Şirvan şəhərində avtomobil təmiri sexi yanıb. Bu haqda FHN-dən bildirilib.
Bir-birinə bitişik beş boksdan ibarət avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları, içərisində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.
Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.