Son 4 gündə Azərbaycanda yol qəzalarında 15 nəfər ölüb. Bu barədə 10 noyabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Belə ki, 6,7,8,9 noyabr tarixində respublikanın avtomobil yollarında ölümlə nəticələnən 12 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 15 nəfər ölüb, 8 nəfər xəsarət alıb.