Son bir həftədə meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib, 5 tondan çox toxum səpilib. Bu barədə 13 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, meşəbərpa tədbirləri dünən Qəbələ, Sabirabad və Quba rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb.
“Gün ərzində sözügedən rayonların meşə ərazilərində ümumilikdə 18 000 müxtəlif növ ağac əkilib, 660 kiloqramdan çox toxum səpilib”, - deyə nümayəndə bildirib.