Bakıda yağan qar səbəbindən iki gündə 50 yol-nəqliyyat hadisəsi baş verib. Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib.
Bu barədə 10 yanvar tarixində APA məlumat verib.
O bildirib ki, Bakı şəhərində ötən gün 35, bu gün indiki saata qədər isə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qəzaların hamısı maddi ziyanla yekunlaşıb. Heç bir hadisədə ölüm və xəsarət halı qeydə alınmayıb”, - İdarənin baş inspektoru vurğulayıb.