Sülhməramlı polkovnik aksiya iştirakçılarının qarşısına içkili vəziyyətdə çıxıb.
Bu barədə 12 dekabr tarixində Bizim.Media videogörüntü yayıb.
Qeyd edək ki, bu gün azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.
Etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.