Sumqayıt şəhərində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub. Bu haqda martın 26-da APA Daxili İşlər Nazirliyinə istinadən xəbər paylaşıb.
Onlarda ümumilikdə 500 qrama yaxın heroin, metamfetamin və elektron tərəzi aşkarlanıb.
Saxlanılan Sumqayıt şəhər sakinləri daha öncə də narkotik satışına görə məhkum olunublar. Onlar törətdikləri əməli etiraf ediblər.