Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub. Bu barədə 8 dekabr tarixində Report məlumat verib.
Hadisə bu gün saat 07:25-də Sumqayıtdan Bakıya gələn Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı xəttində qeydə alınıb.
Hadisə nəticəsində piyada ölüb.
Maşinist hadisə ilə bağlı sərnişinləri məlumatlandıraraq bildirib ki, hadisəyə görə qatarın hərəkəti yubanacaq. Hazırda hadisə baş verən yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.