Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 17 dekabr tarixində xəbər verir.
Bu gün saat 14:00 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsində qəsəbə sakini, 32 yaşlı Cavid Şirməmmədovu bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs müəyyən olunub.
Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.