Sumqayıtda oğurluğa görə axtarışda olan şəxs tutulub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Sumqayıt polisi Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Qabil Kərimovu saxlayıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla onun 3 avtomobildən pul, qızıl boyunbağı, bank kartları və sənədlər oğurlaması da müəyyən olunub.