Sumqayıtda quldurluq edən şəxs tutulub. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 17 dekabr tarixində xəbər verir.
Dekabrın 15-də Sumqayıt şəhərinin 15-ci məhəllə ərazisində Abşeron rayon sakini S.Quliyevin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İltimaz Quliyev saxlanılıb.
Araşdırma aparılır.