Sumqayıtda üzərindən narkotik aşkarlanan şəhər sakininin başqa əməlləri də üzə çıxıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 9 yanvar tarixində xəbər verir.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Mehdiyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırmalarla onun yanvarın 3-də H.Z.Tağıyev qəsəbəsi ərazisində sərnişin qismində olduğu “Opel” markalı avtomobilin sürücüsünü bıçaqla hədələyib quldurluq yolu ilə pulunu talaması da müəyyən olunub.