Sumqayıt şəhərində son 15 gündə silsilə oğurluqlar edən 8 nəfərdən ibarət 3 dəstənin üzvləri saxlanılıblar. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 3 dekabr tarixində xəbər verir.
Sumqayıt polisi şəhər ərazisində marketlərdən, evlərdən, habelə avtomobillərdən oğurluqlar edən Fərid Baxşıyev, Daşqın Salmanov və Fərid Qurbanovu saxlayıblar. Aparılan araşdırmalar zamanı bu şəxslərin Novxanı bağlar massivində 10-dan çox evdən kombi aparatları və digər məişət əşyaları oğurladıqları məlum olub.
Gecə saatlarında Sumqayıt şəhərində avtomobillərin şüşələrini qıraraq maşınların salonlarından və marketlərdən silsilə oğurluqlar edən Qabil Kərimov və Orxan Qurbanov da saxlanılaraq istintaqa təqdim ediliblər.
Həyata keçirilən sonuncu əməliyyat zamanı isə Sumqayıt şəhərinin Sahil küçəsində evlərdən təmir-tikinti alətləri və dəmir ləvazimatlar oğurlayan Ruslan Qasımov, Roman İsmayılov və İbrahim Abdullayev saxlanılıblar.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
[caption id="attachment_96631" align="alignnone" width="300"]
Foto DİN[/caption]