Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 17 dekabr tarixində Report məlumat verib.
Hövsan qəsəbəsində avtomobil yolu keçən 1958-ci il təvəllüdlü Osmanov Mirzə Həmdulla oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.